Bakı metrosunda dava düşüb - Saxlanılanlar var - VİDEO

Ötən gün Bakı metrosunda dava düşüb.
Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Məlumata görə, hadisə metronun “Əhmədli” stansiyasında qeydə alınıb.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, iyulun 5-də metronun “Əhmədli” stansiyasında polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar polisin qanuni tələbinə tabe olmaq istəməyərək qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər:
“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda polisin ona tabe olmayan şəxsin maşınına atəş açması qanunidir? - YENİLƏNİB - ANBAAN VİDEO
“Şəxsin polisin qanuni tələbinə tabe olmaması Azərbaycan Respublikasının İnzibati Xətalar (İXM) Məcəlləsinin 535.1-ci maddəsinə görə məsuliyyət yaradır. Fiziki...
