Bakı məktəbində şagirdin 380 manatlıq gödəkcəsi oğurlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Zirə qəsəbəsi, 120 saylı orta məktəbdən oğurluq hadisəsi baş verib.
Bu barədə iddialar BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə fevral ayında baş verib. Sözügedən məktəbdə 7-ci sinif şagirdi S.Heybətlinin gödəkcəsi təhsil ocağının foyesindən oğurlanıb. Valideyn iddia edir ki, belə hallar dəfələrlə başqa şagirdlərin başına gəlsə də, heç bir tədbir görülməyib:
"Hadisə beşinci gün baş verdiyindən, şənbə və bazar günü heç yerə demədim. Ayın 6-sı isə polisə müraciət edib məktəbə məlumat verdim. Lakin bu günə qədər tədbir görülməyib. Sonra xəbər tutmuşam ki, məktəbdə xalça da oğurlanıb. Oğlumun oğurlanan gödəkcəsinin 380 manat qiyməti var idi, brend mağazaların birindən almışdım. Həmin məktəbdə oğurluq dəb halını alıb. Məktəbin yolundakı dükanların da təəssüf ki, təhlükəsizlik kamerasına baxan olmayıb. Məktəbin isə ümumiyyətlə təhlükəsizlik kameraları işləmir. Deməli sabah daha ciddi hadisə baş versə, heç kəs cavabdeh olmayacaq".
Qalereya
Oxşar xəbərlər
Bakının daha bir məktəbində qalmaqal - Valideynlə müəllim arasında insident - RƏSMİ
Paytaxtın Yasamal rayonu, 161 nömrəli orta məktəbin müəllimi və valideyn arasında gərginlik yaşanıb. Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub....