Bakı Dövlət Universitetində yanğın olub - RƏSMİ AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universitetində yanğın olub.
BAKU.WS-in xəbərinə görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, hadisə universtetin 2-ci korpusunda baş verib.
Fövqəladə Hallar nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı Dövlət Universitetində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı BDU-nun təmirdə olan ikinci korpusunun zirzəmisində 4 kavdratmetr sahədə məişət tullantılarının yandığı müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Oxşar xəbərlər
Azərbaycanda meşədə baş vermiş yanğın söndürülüb - FOTO/VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi y...