Bakıda yüksək dozada narkotik qəbul edərkən ölən şəxsin meyitini dostları küçəyə atdı

Bakıda yüksək dozada narkotik qəbul edərkən ölən şəxsin meyitini dostları küçəyə atdı
Hadisə 5543

Bakıda yüksək dozada narkotik qəbul edən şəxs ölüb.

 

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 26-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Hümbət Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı onun paytaxt sakini Ceyhun Süleymanovun evində digər iki tanışı ilə birgə yüksək dozada heroin qəbul edərək ölməsi, bundan sonra C.Süleymanovun həmin şəxslərlə birgə cəsədi "Mercedes” markalı avtomobilində Şağan qəsəbəsi ərazisinə gətirib atmaları müəyyən edilib.  

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Süleymanov tutulub.

Digər şəxslərin tutulması üçün tədbirlər görülür.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda meyxanaçı narkotikdən ölüb (VİDEO)

Bakıda meyxanaçı narkotikdən ölüb (VİDEO)

Bakıda meyxanaçı yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb. BAKU.WS "Report"aistinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb....

9124 Hadisə 09:39 01 aprel 2017

Son xəbərlər