Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
12
okt
2018
23:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda vətəndaşlara yarım milyon manata yaxın ziyan vuran qadın tutulub. Dələduzluqda şübhəli bilinən gənc xanım sosial şəbəkədə mağaza açmaq üçün özünə şərik axtardığı barədə elan yerləşdirib. O, bu vasitə ilə 30-dan çox insanın pulunu mənimsəyib.Sosial şəbəkə vasitəsi ilə vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub..Həmin şəxsin insanlara 500 min manata yaxın ziyan vurduğu bildirilir.Neftçala sakini Fəxrəndə Səfərovanı Yasamal rayon polisidarəsinin əməliyyatçıları çoxsaylı şikayət əsasında tutublar. Məlum olub ki, gənc qadın ''instagram'' sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün ''İnşaatçılar'' metrostansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq, özünə şərik axtardığını bildirib.Saxlanılan Fəxrəndə Səfərovanın sözlərinə görə, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb.İşin istintaqını aparan müstəntiq Cavid Əhmədovun sözlərinə görə, Fəxrəndə Səfərova təxminən 35 nəfərə qarşı 480 min manatdan çox ziyan vurub.Amma polis zərərçəkənlərin artacağını da istisina etmir. Faktla bağlı cinayətə işi başlanıb, istintaq davam edir.//Xəzər TV/BAKU.WS
Oxşar xəbərlər
ŞOK OLACAQSINIZ: Bakıda qadın keçmiş əri tərəfindən şantaj edilir VİDEO
Bakıda qadın əri tərəfindən şantaj edilir. Qadın iddia edir ki, keçmiş həyat yoldaşı onun şəkillərini sosial şəbəkələrdə əxlaqsız insan kimi təqdim edərək payla...