Bakıda “Yelena” ləqəbli kişi mənzildən 6 min manat oğurladı
Bakıda oğurluq etmiş cinsi azlıq nümayəndələri tutulub.
Bakı şəhər sakini, Zərifə Əliyeva küç., 28 ünvanındakı mənzildə yaşayan 1995-ci il təvəllüdlü Aytən Vahabova (ad şərtidir) polisə müraciət edərək bildirib ki, iyulun 20-də gecə saatlarında cinsi azlıq nümayəndəsi olan Elşad adlı ("Yelena” ləqəbli) tanışı onun evindən xeyli qızıl oğurlayıb.
Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda həmin şəxsin iştirakı təsdiqini tapıb. Məlum olub ki, "Yelena” ləqəbli həmin şəxs digər cinsi azlıq nümayəndəsi olan Qismət adlı şəxslə birgə mənzildən 6 min manatlıq qızıl oğurlayıb. Onlar etiraf ediblər ki, 22 yaşlı Aytənin evindən mart ayından etibarən nəzərə çarpdırmadan müxtəlif qızıl əşyalarını oğurlayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir. (lent.az)
BAKU.WS
Oxşar xəbərlər
Bakıda mənzildən 7500 manatlıq qızıl-zinət əşyaları oğurlandı
Bakıda mənzildən 7 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisə paytaxtın Səbail rayonunda baş verib. BAKU.WS "report"a istinadən xəbər verir ki,...