Bakıda sakinlərlə fəhlələr arasında dava: "Get arvadıva, qızıva böyüklük elə" (VİDEO)
Yasamal rayonu, Hüseyn Cavid prospektində evləri sökülən mənzil sahibləri ilə tikinti şirkəti arasında yaranan qalmaqal daha da böyüyüb. Bu gün yenidən tikinti şirkətinin əməkdaşları ilə sakinlər arasında dava olub.
BAKU.WS xəbər verir ki, mənzil sahibləri evlərinin onların xəbəri olmadan söküldüyünü, heç bir əşyalarını mənzildən çıxara bilmədiklərini söyləyiblər.
Məlumat üçün bildirək ki, adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, bir neçə gün əvvəl axşam saatlarında texnika əraziyə gələrək, binaları sökməyə cəhd ediblər. Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb.
VİDEO Meydan TV
BAKU.WS
<Oxşar xəbərlər
Bakıda ŞOK: Sakinlərin pullarını verməyib evlərini başlarına uçurdular (VİDEO)
Yasamal rayonu, Hüseyn Cavid prospektində gərgin anlar yaşanıb. Adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlə...