Bakıda rəfiqəsini doğrayıb zibil qutusuna atan qadına 17 il cəza verildi - TƏFƏRRÜAT

01
noy
2018
20:33
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə İ.Qorlova 17 il azadlıqdan məhrum edilibİttihama görə, bu il fevralın 16-da Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində doğranmış insan bədəni tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin 50-60 yaşlı qadın cinsinə aid olduğu müəyyən edilib. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.Əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.BAKU.WS
Oxşar xəbərlər
Rəfiqəsini balta ilə parçalara ayıran qadın barədə qərar verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS “oxu.a...
