Bakıda restoranda atışma – 1 ölü, 1 yaralı - Xüsusi təyinatlılar əməliyyata başlayıb - VİDEO

Bakıda restoranda atışma – 1 ölü, 1 yaralı - Xüsusi təyinatlılar əməliyyata başlayıb - VİDEO
Video
Hadisə 2249
Bakının Sabunçu rayonunda silahlı insident baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.Baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub. Yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda həbsxanada SİLAHLI İNSİDENT

Bakıda həbsxanada SİLAHLI İNSİDENT

Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsi...

3493 Hadisə 09:50 10 iyun 2018

Son xəbərlər