Bakıda qayınatasını öldürən şəxslə bağlı qərar verildi

23
okt
2018
17:06
Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 30-na təyin edilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, S.Şabanov bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovu küt alətlə qətlə yetirib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs barədə cinayət işi başlandı
Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əhmədov Əyyub Əlihüseyn oğlunun barəsində cinayət işi başlanılıb.BAKU.WS...