Bakıda qadın “Mustanq”la Mərkəzi Bankın qarşısında qəza törədib - VİDEO
19
mar
2019
11:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Rəşid Behdudov küçəsində işıqforun qırmızı işığına hərəkəti davam etdirən “Ford Mustang” markalı avtomobil Milli Bank qarşısında əks istiqamətdə hərəkət edən “Hundai” markalı avtomobilə çırpılıb.Zərbədən “Mustang” yerində çevrilib, “Hundai” isə dəmir səkiyə çırpılaraq dayanıb.Qəza zamanı “Hundai” maşının sərnişini 1985-ci il təvəllüdlü Məmmədov Namiq Vaqif oğlu müxtəlif xəsarətlər alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.Qeyd edək ki, qəzanı törədən “Mustanq”-ın sürücüsü qadın olub.Hadisə yerində polis əməkdaşları olublar. Faktla əlaqədar araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Salyanda yol qəzası nəticəsində 1 nəfər ölüb
Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırl...