Bakıda qadın ağır qəza törətdi – Sərnişin avtobusu çevrildi… (FOTO, VİDEO)

Video
Hadisə 27619
 
Bu gün axşam saatlarında Qaradağ rayonu ərazisində – Sədərək Ticarət Mərkəzi qarşısındakı Astara-Bakı istiqamətindəki magistral yolunda qəza baş verib.

BAKU.WS bildirir ki, Turkustan.info-nun hadisə yerində olan müxbirinin xəbərinə görə "Ford” markalı sərnişin daşıyan avtomobil ilə "Mercedes-Benz” minik avtomobili tək tərəfli yolda toqquşublar.

Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım nümayəndələri hər iki avtomobildə ağır yaralanan sərnişinləri çıxararaq xəstəxanaya aparıblar.

Toqquşma nəticəsində çevrilərək aşan "Ford” markalı sərnişin daşıyan avtomobilin içindəki sərnişinlər daha ağır xəsarət alıblar. 

Hadisə Mercedes avtomobilinin təhlükəli ötmə əməliyyatı nəticəsində baş verib. Avtomobilin sürücü qadın olub.

Arzu Mirzəyeva

BAKU.WS

Bakıda qadın ağır qəza törətdi – Sərnişin avtobusu çevrildi… (FOTO, VİDEO)

Bakıda qadın ağır qəza törətdi – Sərnişin avtobusu çevrildi… (FOTO, VİDEO)

Bakıda qadın ağır qəza törətdi – Sərnişin avtobusu çevrildi… (FOTO, VİDEO)

Bakıda qadın ağır qəza törətdi – Sərnişin avtobusu çevrildi… (FOTO, VİDEO)

Bakıda qadın ağır qəza törətdi – Sərnişin avtobusu çevrildi… (FOTO, VİDEO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər