Bakıda polis avtomobilin nömrəsinə “seks” yazan sürücünü cəzalandırdı (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.
BAKU.WS-in avtosfer.az-a istinadən xəbər verir ki, hadisə dünən "Beşmərtəbə” dairəsi yaxınlığında baş verib.
Belə ki, idarə etdiyi "BMW” markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə müdaxilə edən sürücü Anar Şükürov saxlanılıb.
Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX həriflərinin əvvəlinə rəngli qələmlə S hərfi artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub. Belə ki, o, bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək standartdan kənar vəziyyətə gətirib.
EX seriyasını "SEX” kimi göstərən sürücü saxlanılaraq avtomobili cərimə meydançasına salınıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sürücü yol polisinin maşınını BALTALADI
Bakıda yol polisinin saxladığı sürücü müqavimət göstərib. BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, gecə saat 01:30 radələrində Bakı şəhər Baş Poli...