Bakıda oğlan özündən 18 yaş böyük sevgilisini söyüşə görə məftillə boğub öldürdü
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Binəqədidəki qətllə bağlı məlumat yayıb.
BAKU.WS-ə daxil olan məlumatda bildirilir ki, fevralın 10-da saat 22 radələrində 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın Binəqədi rayonu ərazisində mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1994-cü il təvəllüdlü Fərahim Qədirov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Sədaqət Əsgərovanın Fərahim Qədirovun sevgilisi olduğu deyilir. Saxlanılan şəxs cinayət törətdiyi mənzili 3 gün əvvəl Sədaqət Əsgərova üçün kirayə tutduğunu deyib. Onun sözlərinə görə, hadisə günü Sədaqətlə aralarında mübahisə yaranıb və qadın onun ünvanına nalayiq söyüşlər işlədib. Bu səbəbdən də Sədaqəti məftillə boğaraq öldürdüyünü etiraf edib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda öldürülən oğul və ana barədə yeni məlumat (TƏFƏRRÜAT)
Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nər...