Bakıda mikroavtobusu qəza nəticəsində aşdı - xəsarət alanlar var (FOTO)
03
apr
2018
09:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.“Report” xəbər verir ki, hadisə Kövkəb Səfərəliyeva və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.Hadisəyə 1986-cı il təvəllüdlü Astara rayon sakini Məmmədov Hafiz Naib oğlunun "Mercedes" markalı avtomobil ilə işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Onun yüksək sürətlə hərəkətdə olan maşını 28 May küçəsindən gələn "Mercedes" markalı sərnişin mikroavtobusuna çırpılıb.Nəticədə mikroavtobus aşıb, içərisində olan 6 sərnişindən 3-çü yüngül bədən xəsarətləri alıb.Mikroavtobus şirkət maşını olub və işçiləri daşıyırmış.Hadisə ilə əlaqədar əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.BAKU.WS






Oxşar xəbərlər
Bakıda dəhşətli qəza, sərnişin avtomobilin pəncərəsindən yerə düşdü - FOTO
Bakıda sərxoş sürücü işıqforun qırmızı işığından keçdiyindən onun idarə etdiyi nəqliyyat vasitəsi 3 avtomobilə çırpılıb, 3 nəfər xəsarət alıb.BAKU.WS-in "Report...