Bakıda lift faciəsilə bağlı bir nəfər tutuldu

Bakıda lift faciəsilə bağlı bir nəfər tutuldu
Hadisə 1509

Bakı şəhər prokurorluğu Nəsimi rayonunda baş verən lift qəzası ilə bağlı məlumat yayıb.

Şəhər prokurorluğunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 4-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etməyib.

Onun verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmiş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda lift qırılıb xadimənin başına düşdü - ANBAAN GÖRÜNTÜLƏR (VİDEO)

Bakıda lift qırılıb xadimənin başına düşdü - ANBAAN GÖRÜNTÜLƏR (VİDEO)

Bakıda xadimə işləyən qadın lift şaxtasını təmizləyərkən qırılan liftin altında qalıb. 37 yaşlı Mahirə Yusifova elə yerindəcə dünyasını dəyişib. Dəhşətli hadisə...

12608 Hadisə 08:13 05 oktyabr 2018

Son xəbərlər