Bakıda jurnalist İlkin Məmmədli saxlanıldı

Bakıda jurnalist İlkin Məmmədli saxlanılıb. O, “ASAN Xidmət”ə xarici pasport almaq üçün müraciət etdikdən sonra tutulub.
BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə özünü jurnalist kimi təqdim edən İlkin Məmmədlinin qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olması barədə məlumat daxil olub.
İlkin Məmmədli saxlanılıb. Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, 2015-ci ilin Nardaran hadisələri zamanı Məmmədli inzibati qaydada həbs edilmiş və sonradan “Müsəlman birliyi” hərəkatının liderlərinin və fəallarının işi üzrə məhkəmə prosesində şahid qismində iştirak etmişdi.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanlı jurnalist Ukraynada infarkt keçirdi
Tanınmış jurnalist Səbuhi Məmmədli infarkt keçirib.BAKU.WS xəbər verir ki, Ukraynaya müalicə üçün gedən jurnalistin səhhəti dünən günorta saatlarında qəfildən p...
