Bakıda iranlılardan xoşagəlməz hərəkətlər – Polis vətəndaşlara müraciət edir (FOTO)

Bakıda iranlılardan xoşagəlməz hərəkətlər – Polis vətəndaşlara müraciət edir (FOTO)
Hadisə 3821

Ticarət mərkəzlərində insanları dələduzluq yolu ilə aldadaraq onların pulunu mənimsəyən İran vətəndaşları saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində vətəndaşın etibarından sui-istifadə edilərək pulu dələduzluq yolu ilə əlindən alınıb.

Bakıda iranlılardan xoşagəlməz hərəkətlər – Polis vətəndaşlara müraciət edir (FOTO)

Belə ki, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən paytaxt sakini Əli Səfərov bildirib ki, ticarət mərkəzində olan zaman iki nəfər Türkiyə türkcəsində danışan xarici ölkə vətəndaşı ona yaxınlaşaraq Azərbaycanda olan ən böyük pul əskinasları barədə ondan məlumat istəyiblər.

Bakıda iranlılardan xoşagəlməz hərəkətlər – Polis vətəndaşlara müraciət edir (FOTO)

Ə.Səfərov cibində olan pulları çıxararaq həmin şəxslərə göstərdikdə onlardan biri əskinaslara baxmaq adı ilə zərərçəkənin əlindən alıb.Geri qaytaran zaman isə onlar Ə.Səfərovun 300 manat və 100 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.
Bakıda iranlılardan xoşagəlməz hərəkətlər – Polis vətəndaşlara müraciət edir (FOTO)
Hadisə barədə ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb.

Bakıda iranlılardan xoşagəlməz hərəkətlər – Polis vətəndaşlara müraciət edir (FOTO)
Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən İran İslam Respublikasının vətəndaşları Davud Mogəddəmi və Yosef Hadı saxlanılıblar.

Onlar ifadələrinə bir müddət əvvəl Azərbaycana gəldiklərini və dələduzluq yolu ilə insanları aldadaraq pullarını keçirdiklərini etiraf ediblər.

Bakıda iranlılardan xoşagəlməz hərəkətlər – Polis vətəndaşlara müraciət edir (FOTO)

Saxlanılan şəxslərin başqa vətəndaşlara qarşı da analoji cinayətlər etdikləri istisna olunmur. Odur ki, bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in “102” Zəng Mərkəzinə, 012-445-02-02 və ya 012-445-22-22 telefon nömrələrinə zəng edərək müraciət edə bilərlər.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər