Bakıda ikiqat Avropa çempionuna hökm oxundu

Bakıda ikiqat Avropa çempionuna hökm oxundu
Hadisə 6278

 

İkiqat Avropa çempionu, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Renad Əliyevin işi üzrə məhkəməsi davam edib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Renad Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Renad Əliyev məhkəmədə özünü  təqsirli bilməyib və verilmiş ittihamları qəbul etməyib.

Qeyd edək ki, Renad Əliyev karatenin şotokan və vado ryu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir. Renad Əliyev ötən il oktyabrın 18-də həbs olunub. Ona qarşı satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb.

Onu da qeyd edək ki, Renad Əliyev Təfəkkür Universitetinin filial müdiri olmuş və hazırda xaricdə yaşayan Riyad Əliyevin qardaşıdır.

BAKU.WS

Oxşar xəbərlər

14 yaşlı qızı evinə çağıraraq... - 54 yaşlı manyak qonşuya ağır cəza

14 yaşlı qızı evinə çağıraraq... - 54 yaşlı manyak qonşuya ağır cəza

Bakıda qonşuluqda yaşadığı 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məhəmməd Əliyevin cinayət işi üzrə m...

3518 Hadisə 20:31 02 may 2017

Son xəbərlər