Bakıda fəhlə iş zamanı 5-ci mərtəbədən yıxılıb

Bakıda fəhlə iş zamanı 5-ci mərtəbədən yıxılıb
Hadisə 1099
Paytaxtda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb.BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda binanın fasadında təmir işləri zamanı 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri qeyd olunan ünvana cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Yolçuyev Nemət İlqar oğlu 5-ci mərtəbədən yıxılaraq piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş taxta konstruksiyanın üzərinə düşərək xəsarət alıb. Xilasetmə tədbirləri nəticəsində N.Yolçuyev taxta konstruksiyadan düşürülüb və aidiyyəti üzrə təhvil verilib.BAKU.WS

Oxşar xəbərlər

Suraxanıda 54 yaşlı kişi su quyusuna düşərək ölüb

Suraxanıda 54 yaşlı kişi su quyusuna düşərək ölüb

Bakının Suraxanı rayonunda 54 yaşlı şəxs su quyusna düşüb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar te...

846 Hadisə 20:29 17 sentyabr 2018

Son xəbərlər