Bakıda dilənçiliklə məşğul olan 10 yaşlı qız yoxa çıxdı
28
iyl
2017
15:09
Bakıda dilənçiliklə məşğul olan 10 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Qəmrayeva Tünzalə Malik qızı bildirib ki, 2007-ci il təvəllüdlü qızı Qəmər metronun "Xətai" stansiyası yaxınlığında yoxa çıxıb. O, bildirib ki, qızını dilənçiliklə məşğul olması üçün Xocalı prospekti 18-in qarşısına qoyub. Bir neçə saat sonra geri qayıdanda isə qadın qızını tapa bilməyib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qızlar yoxa çıxdı
Bakıda iki qız itkin düşüb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Novxanı qəsəbəsi "Metallurq" sanatoriyasında yaşayan 2000-ci il təvəllü...