Bakıda çoxmərtəbəli binadakı yanğından görüntü - 20 nəfər xilas edildi – VİDEO

Bakıda çoxmərtəbəli binadakı yanğından görüntü - 20 nəfər xilas edildi – VİDEO
Video
Hadisə 1585
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının görüntüləri yayılıb.BAKU.WS xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb. Dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Ziya SƏCCADBAKU.WS

Son xəbərlər