Bakıda cinsi azlıqlara qarşı şok əməliyyat - 100 nəfər saxlanılan var
18
sen
2017
15:21
Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr "fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.Mili-mənəvi dəyərlərin qorunması istiqmətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndələri saxlanılıb. Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb. Bəlli olub ki, saxlanılan cinsi azlıq nümayəndələrinin, demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında QİÇS-ə yoluxanların olduğun da bildirilir. İlkin dindirmə zamanı onların bu virusu başqalarına da yoluxdurduğu məlum olub.Müalicəsi çətin olan virus daşıyıcılarının zərəsizləşdirilməsi üçün müvafiq addımlar atılıb. Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürüb. Bundan əlavə, DİN rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə zidd əməllərin qarşısının alınması üçün sərt tədbirləri davam etdirmək təlimatı verilib.bakipost.azBAKU.WS
Oxşar xəbərlər
Türkiyədə polis əməliyyat keçirdi - fahişəlik edən azərbaycanlı qadınlar saxlanıldı (VİDEO)
Türkiyənin Erzincan şəhərində polis əməliyyat keçirib. BAKU.WS-in məlumatına görə, Erzincan polisi şəhərin mərkəzində 8 ev və bir otelə eyni anda əməliyyat təşk...