Bakıda böyük ticarət mərkəzində oğurluq - pul və qızılları belə apardılar - VİDEO

Bakıda böyük ticarət mərkəzində oğurluq - pul və qızılları belə apardılar - VİDEO
Video
Hadisə 739
Bakıda böyük ticarət mərkəzlərinin birində baş verən oğurluq anı kameralara düşüb. Oğlu və qızı ilə mağazaya alış-verişə gələn qadın, satıcının qızıllarını və pulunu oğurlayıb.Qab-qacaq satılan mağazaya alıcı qismində gələn qadın, satıcının çantasından oğurluq edib. Həmin an yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb.Zərərçəkən Gülnar Ağamalıyevanın sözlərinə görə, portmanatın içərisində əziyyətlə topladığı pul və qızıl-zinət əşyaları olub.Məsələ ilə bağlı ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirdi ki, məsələdən xəbərdardılar. Oğurluq görüntüləri atıq polisə təqdim edilib. Hazırda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları şübhəlinin axtarışlarını davam etdirirlər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS

Son xəbərlər