Bakıda Azərbaycan-Norveç oyunundan öncə faciə: azarkeş körpüdən düşdü (FOTO)

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan-Norveç oyunundan öncə bədbəxt hadisə baş verib.
"Qafqazinfo” xəbər verir ki, oyuna baxmağa gələn azarkeşlərdən biri stadiona gedən yolda yıxılıb. Vətəndaş "bardür”ü aşmaq istəyərkən körpüdən yıxılıb.
Vəziyyəti ağır olan şəxs təcili tibbi yardımla xəstəxanaya aparılıb. Körpüdən yıxılan Zahidov Nahid Hafiz oğlunun vəziyyətinin ağır olduğu məlum olub. Bu barədə futbol11.az-a 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.
Zahidovun həkimi Aydın Kazımov xəstənin diaqnozn açıqlayıb: "Xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoymuşuq”.
Həkim qeyd edib ki, onun həyatı üçün təhlükəs davam edir: "Xəstə hazırda reanimasiya şobəsinə yerləşdirilib. Həyatı üçün təhlükə ondan ibarətdi ki, çoxlu orqanlarda zədələnmələr var. Hər şeyi valideyinlərinə də başa salmışıq. Şükür allaha ki, hələlik salamatçılıqdı. Əməliyyatı 3 saatdan yuxarı davam edib”.
Qeyd edək ki, əslən Lerik rayonundan olan olan Nahid hərbi xidmətdən yeni gəlib. O, ailənin iki övladından biridi. Bir bacının qardaşı olan Zahidov Koperasiya Universitetinin məzunudu.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda xəstəxanada ŞOK: Appendisitdən əməliyyat olunan qız öldü
Bir neçə gün əvvəl Göygöl rayon Mərkəzi Xəstəxanasında appendisit əməliyyatı keçirən 22 yaşlı qız dünyasını dəyişib. BAKU.WS Report-a istinadən xəbər verir ki,...
