Bakıda avtobusda qızın beli qırıldı
29
may
2017
10:57
Bakının Nərimanov rayonunda sərnişin avtobusunda bədbəxt hadisə baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə 24 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.
Keşlə bazarı yaxınlığında ikən sürücünün qəfil əyləcə basması nəticəsində avtobusda olan sərnişinlərdən biri, 1995-ci il təvəllüdlü Salmanova Nərmin İlham qızı arxasıüstə yıxılıb və onun bel nahiyəsi arxa oturacağa dəyərək qırılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Avtobusda cibgirliklə məşğul olan şəxs iş başında yaxalandı - VİDEO
Günorta saatlarında Bakıda sərnişin avtobusunda cibgirlikdə şübhəli bilinən şəxs tutulub. Həmin şəxsi polis yox, elə zərərçəkmiş sərnişin özü tutub. BAKU.WS xəb...