Bakıda şagirdlər müəllimi döydü
27
mar
2019
18:53
Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı məktəbdə şagirdlər birləşib müəllimi döyüblər.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, döyülən ingilis dili müəlliminin 21 yaşı var. Müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yadım çağırılıb. Müəllimin xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov müəllimin döyüldüyünü və məktəbə təcili yardım çağırıldığını təsdiqləyib. Bildirib ki, döyülən müəllimin həyatı üçün təhlükə yoxdur. Hadisənin motivini araşdırmağa çalışırıq.Təhsil müəssisəsindən Trend-ə verilən məlumata görə, XI sinif şagirdi burada pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsindən məktəbdə siqaret çəkməməsini xahiş edib:"Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib. Bu barədə məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib".BAKU.WS
Oxşar xəbərlər
Bakıda 7 tələbə dönərdən zəhərləndi
Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətir...