Bakıda 33 yaşlı qadının FACİƏVİ SONU - TƏFƏRRÜAT

Bakıda 33 yaşlı qadının FACİƏVİ SONU - TƏFƏRRÜAT
Hadisə 4374
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Nərimanov rayonu Ağa Nemətulla küçəsində yaşayan 1985-ci il təvəllüdlü Abdullayeva Şəfəq Yunis qızı özünü Babək prospekti 11 ünvanında yerləşən onmərtəbəli binanın 9-cu mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.Bildirilir ki, hadisənin baş verdiyi ev 33 yaşlı Şəfəqin bibisi qızına məxsusdur. Subay olan Şəfər Abdullayeva anası ilə birgə bibisi qızıgilə qonaq gəlib. Daha sonra isə onlar birgə mağazaya getməyi planlaşdırırmış. Bibisi qızı yemək hazırlayarkən Ş.Abdullayev özünü qəfil eyvandan atıb.Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər