Bakı-Sumqayıt yolunu qana boyayan sürücü saxlanıldı: qəzanın əsl səbəbi bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. "Onun qarşısına piyada çıxmayıb", - deyə, idarədən bildirilib.
Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda şirkət avtomobili və mikroavtobus ağır qəzaya düşdü: 11 yaralı - ADLAR
Cəlilabadda baş vermiş ağır yol qəzasında xəsarət alan 11 nəfərin şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, rayonun Uzuntəpə kəndində "Toyota" markalı p...