Bakı metrosunda həyəcanlı anlar, sərnişinlər təşvişə düşdü
15
may
2018
09:41
Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında hərəkət edən qatarlarında qrafikində təxminən 20 dəqiqə gecikmə qeydə alınıb. “Report” xəbər verir ki, “Xətai” stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.Bu xəbərdarlıqdan sonra isə sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Report”a açıqlamasında bildirib ki, gecikməyə səbəb adı çəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.BAKU.WS
Oxşar xəbərlər
Bu gün metroda gecikmə olub - SƏBƏB BİLİNDİ
Bu gün "İçərişəhər" – "Həzi Aslanov" stansiyaları arasında hərəkət edən qatarlarda gecikmə olub.Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev...