Bağçada azyaşlıya şiddət göstərən tərbiyəçi ilə bağlı yeni - AÇIQLAMA

Bağçada azyaşlıya şiddət göstərən tərbiyəçi ilə bağlı yeni - AÇIQLAMA
Hadisə 394

"İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib”.

Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib. O bildirib ki, bağçada çalışan digər şəxslər və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır:

“Hazırda araşdırma davam etdirilir”.

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova üç yaşlı uşağı vurub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Daha sonra Z.Baxışova təhqiqata cəlb edilib və o, işdən çıxarılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər