Bacısının plastik dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - FOTO

Bacısının plastik dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - FOTO
Foto
Hadisə 1

Bakıda boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub.

BAKU.WS xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov şəxsi İnstaqram hesabında paylaşım edib.

O, bildirib ki, hadisə İsmayıllı rayonunda baş verib.

Belə ki, körpə bacısının plastik dırnağı ilə oynayarkən ehtiyatsızlıqdan onu ağzına salıb və dırnaq körpənin nəfəs borusuna ilişib. Belə olan halda körpədə tənəffüs prosesi çətinləşib.

Daha sonra xəstəxanaya çatdırılan uşağın vəziyyətinin ağır olması və yüksək ölüm riski nəzərə alınaraq, təcili bronxoskopiya aparılmasına qərar verilib. Dırnaq körpənin nəfəs borusundan çıxarılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər