Bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı YENİ QƏRAR

Ali Məhkəmədə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən R.M. barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iş baxılması üçün yenidən apellyasiya instansiya məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.M. səkkiz il, altı ay azadlıqdan məhrum edilib. İttihama görə, R.M. azyaşlı bacısı qızına təcavüz edib. O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib. Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra R.M. həbs edilib.
İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Oxşar xəbərlər
Bakıda yaşlı qadını zorlayandan YENİ XƏBƏR
Bakıda yaşlı qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Çingiz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.BAKU.WS "ölkə.az...
