Azyaşlıya qarşı soyğunçuluqda təqsirləndirilən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla onun Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib.
Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı ondan 5 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan polisindən böyük əməliyyat - 20 nəfər saxlanılıb - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...