Azərbaycanlılar fermeri öldürüb arvadına təcavüz etdilər - Rusiyada şok
25
may
2018
17:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Volqaqrad əyalətində Azərbaycan və Özbəkistandan olan altı miqrant çinli fermeri öldürüb arvadına isə təcavüz ediblər.BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, əkin sahələrində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan şübhəlilər Çin vətəndaşı olan istixana sahibinin böyük satış həyata keçirdiyini öyrəniblər.Dəyənəklərlə silahlanan miqrantlar (altısı özbək, ikisi azərbaycanlı) ötən ilin sentyabrın 22-də gecə yarısı fermerin evinə hücum edərək onu və arvadının əllərini bağlayaraq mənzildə pul axtarışına çıxıblar. Lakin heç bir pul vəsaiti tapmayıblar.Nəticədə kişini döyüb, arvadına isə təcavüz ediblər. Cinayəti ört-basdır etmək üçün sonda kişini öldürüblər.İttiham olunan şəxslər haqda həbs qətimkan tədbiri seçilib. Cinayət sübuta yetirilərsə onları ömürlük həbs gözləyə bilər.BAKU.WS
Oxşar xəbərlər
İraq məhkəməsi azərbaycanlı qadınlara ölüm hökmü cəzası verib
İraq məhkəməsi Azərbaycan vətəndaşı olan iki qadına ölüm hökmü cəzası verib.BAKU.WS newsru.com-a istinadən xəbər verir ki, ikisi Azərbaycan və üçü Qırğızıstan v...