Azərbaycanlı qadın getdiyi ölkədən uşaq oğurlayıb Bakıya qaçdı - VİDEO
01
mar
2018
16:40
2016-cı ilin sonlarında "Səni axtarıram"a müraciət edən pakistanlı ailə oğlan övladlarının Azərbaycandan Sevinc adlı qadın tərəfindən oğurlandığını demişdi.Milli.Az xəbər verir ki, bu gün canlı yayımda Xoşqədəm Hidayətqızı axtarışlarının yekunlaşdığı və həqiqətən də pakistanlı ailənin uşağının qaçırıldığı faktını təsdiq edib. Uşağı doğma ailəsinə qaytarmaq üçün pakistanlı tərəfin vəkili olan Şəfiqə Nağıyeva proqramda istəklərinə çatdığı xəbərini bildirib. Belə ki, Pakistan Ədliyyə Nazirliyindən gələn məktubda qadının uşağı qanunsuz yollarla Bakıya gətirdiyi təsdiqini tapıb. Qeyd edək ki, pakistanlı kişi verilişdə fəhləliklə ailəsini dolandırdığını və Azərbaycana oğlunu axtarmağa gəlmək üçün evini satmaq məcburiyyətində qaldığını demişdi. Verilişdən həmin kadrları təqdim edirik: BAKU.WS
Oxşar xəbərlər
Bakıda arvadı evdən qaçan kişi canlı yayımda danışdı: Anası neçə ildir yanımda yatır (VİDEO)
Ötən həftə Bakıda ərinin işgəncələrindən "Səni axtarıram"ın efirinə qaloşla qaçıb, gələn gənc qadının əri verilişə gəlib. BAKU.WS-in milli.az-a istinadən verdiy...