Azərbaycanlı müğənninin səhnədə ağzı cırıldı - FOTO

Azərbaycanlı müğənninin səhnədə ağzı cırıldı - FOTO
Hadisə 3607
Dünən Rusiyanın Yekaterinburq şəhərindəki teatrda “Karmen” tamaşasının gedişində opera müğənnisi İlham Vəliyevin ağzı cırılıb.Virtualaz.org xəbər verir ki, opera müğənnisinin özü bu barədə sosial şəbəkədə məlumat yayıb.Onun sözlərinə görə, hadisə onun qəhrəmanı - əsgər Xosenin toreadorla döyüşdüyü səhnədə baş verib. Artist qeyd edir ki, bu cür dava səhnələrinə onlar peşəkar kaskadyorun rəhbərliyi altında hazırlaşırlar və bu cür hala ilk dəfədir ki, rast gəlinir.Ciddi zədəyə baxmayaraq, İlham Vəliyev tamaşanı sona qədər oynayıb və xəstəxanaya çatdırılıb. Onun ağzına tikiş qoyulub.Qeyd edək ki, opera müğənnisi İlham Vəliyev Başqırdıstanın paytaxtı Ufa şəhərində anadan olub.BAKU.WS

Oxşar xəbərlər

“Savalan” qrupunun bədii rəhbəri vəfat edib

“Savalan” qrupunun bədii rəhbəri vəfat edib

“Savalan” qrupunun bədii rəhbəri, Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 58 yaşında vəfat edib.Bu barədə “Report”a onun bacısı oğlu Vüqar Nəz...

983 Hadisə 12:34 20 noyabr 2018

Son xəbərlər