Azərbaycanlı imama 8 il HƏBS cəzası verildi

03
iyn
2018
13:58
Dağıstan Respublikasının İzberbaş rayon məhkəməsi 31 yaşlı Azərbaycan vətəndaşı İlqar Vaqif oğlu Əliyevi 8 il müddətinə azadlıqdan məhrum edib. Musavat.com-un yerli KİV-lərə istinadən verdiyi məlumata görı, İlqar Əliyev ekstremist təşkilat yaratmaqda ittiham olunub.Məlumata görə, o, Fətulla Gülənin Dağıstandakı imamı funksiyasını yerinə yetirirmiş. İzberbaşda, Dərbənddə, Mahaçqalada və Xasavyurtda gizli məktəblər yaradıbmış. Keçən il həbs olunan İlqar Əliyev yerli əhalini öz təşkiltaına cəlb etməklə təşkilatının sərhədlərini böyütmək istəyirmiş. Amma bununla belə məxfi orqanlar uzun izləmədən sonra Əliyevi həbs edə bilib.BAKU.WS
Oxşar xəbərlər
İraq məhkəməsi azərbaycanlı qadınlara ölüm hökmü cəzası verib
İraq məhkəməsi Azərbaycan vətəndaşı olan iki qadına ölüm hökmü cəzası verib.BAKU.WS newsru.com-a istinadən xəbər verir ki, ikisi Azərbaycan və üçü Qırğızıstan v...
