Azərbaycanda zəlzələ - sakinlər küçələrə axışdı, icra başçısı sakinlərlə görüşdü (VİDEO)
12
fev
2019
09:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda ötən gün zəlzələ olub.Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yerli vaxtla 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Təkanlar ətraf kənd və rayonlarda hiss olunub. Təşvişə düşən sakinlər evlərini tərk edib. Rayon icra başçısı Tahir Məmmədov sakinlərlə söhbətləşib və mümkün qədər gecəni binalarda keçirməməyi məsləhət görüb. FHN-dən isə bildirilib ki, təkanlardan sonra hər hansı dağıntı baş verməyib. AbbasBAKU.WS
Oxşar xəbərlər
SON DƏQİQƏ: Şamaxıda yenə zəlzələ oldu
Şamaxıda yenə zəlzələ olub.Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yerli vaxtla 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazis...