Azərbaycanda vəhabilərə qarşı aparılan mübarizədə 16 terrorçu məhv edilib
14
dek
2017
14:07
Azərbaycanda vəhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov deyib.Onun sözlərinə görə, ölkədə vəhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir:"Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib".BAKU.WS
Oxşar xəbərlər
DTX-dan ƏMƏLİYYAT: Suriyada döyüşən 4 terrorçu həbs edildi
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə intensiv antiterror tədbirləri davam edir.DTX-nin İctimai əlaqələr şöbəsindən BAKU.WS-ə verilən...