Azərbaycanda tələbə universitetdə öldü
17
yan
2017
13:30
Bu gün Gəncədə universitetdə ölüm hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, Gəncə Dövlət Universitetində magistraturasında təhsil alan İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəib oğlu ali məktəbdə olarkən huşunu itirib, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Müayinə zamanı onun öldüyü məlum olub. Tələbənin universitetdə anidən özünün pis hiss edərək yerə yıxıldığı və orada öldüyü bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda toyda kütləvi dava: xəsarət alan var
Samux rayonunun Seyidlər kəndində keçirilmiş toy mərasimində kütləvi dava baş verib. BAKU.WS Report-a istinadla xəbər verir ki, dava zamanı bir nəfər xəsarət a...