Azərbaycanda təbii fəlakət: 126 ev viran qaldı - VİDEO

Azərbaycanda təbii fəlakət: 126 ev viran qaldı - VİDEO
Video
Hadisə 4481

Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib.

BAKU.WS-in məlumatına görə, güclü dolu səbəbindən qəsəbə infrastrukturu zərər çəkib. 

Məlumata görə, 126-dan çox evin dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Sosial obyektlərə, əkin sahələri və avtomobillərə ziyan dəyib. 

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumat verilmişdi ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. 

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir. 

İman

BAKU.WS 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən...

6 Şou-biznes 13:30 19 iyun 2017

Son xəbərlər