Azərbaycanda sərnişinlərlə dolu mikroavtobus yandı: 25 nəfər yaralandı (VİDEO

Azərbaycanda sərnişinlərlə dolu mikroavtobus yandı: 25 nəfər yaralandı (VİDEO
Video
Hadisə 3415

 

Cəlilabadda mikroavtobus yanıb, yaralılar var.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məlik Qasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.

İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Avtobusun yanması nəticəsində xəsarət alan sərnişinlərdən bəzilərinin adları məlumdur. İstipress xəbər verir ki, onlar Siləvəngə və Əliqasımlı kənd sakinləridir:

Günəş və Ülfət Mahmudlu bacıları

Tünzalə Hüseynağa qızı Fərəcova

Könül Mirzəyeva

Mələk Fəxrəddin qızı Rəhimova

Rəvanə Elşad qızı Abbasova

Xuraman Zakir qızı Ağışova

Nəzrin İntiqam qızı Qəhrəmanova

Elnarə Malik qızı Əhmədova

Ən son məlumatlara görə, mikroavtobusda olan 25 nəfər sərnişin yanıq xəsarəti ilə xəstəxanalara gətirilib. Yananların əksəriyyəti sahəyə işləməyə gedən fəhlələrdir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda dəhşətli qəza: mikroavtobus aşdı, yaralılar var

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qa...

4829 Hadisə 09:25 09 aprel 2017

Son xəbərlər