Azərbaycanda sevdiyi oğlanla qaçan qızın faciəvi sonu
Lerik rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS-in Report-a istinadən xəbərinə görə, hadisə rayonun Kuman kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanova Gültamam Ağahəsən qızı yaşadığı evdə özünü zəhərləyərək intihar edib.
G.Qurbanovanın yaxınlarının verdiyi məlumatda bildirilib ki, bu ilin martın 20-də o, rayonun Şinqədulan kənd sakini olan oğlanla qaçıb. Onlar Bakının Binə qəsəbəsinə gediblər. Ailə üzvləri isə bu münasibətə qarşı çıxıblar. Buna görə də məsələ ilə bağlı polisə müraciət olunub. Polis həmin oğlanı saxlayıb. Qız da bundan intihar edib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 2 qadın intihar etdi
Azərbaycanda iki qadın intihar edib. Hadisənin biri paytaxtda, digəri isə Zaqatalada baş verib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqa...