Azərbaycanda qorxu filmlərində gördüyümüz səhnə baş verdi (VİDEO)

Azərbaycanda qorxu filmlərində gördüyümüz səhnə baş verdi (VİDEO)
Video
Hadisə 2424

Təsəvvür edin bir traktor qoşqusunda ot aparır. Ot bağlamalarına hansısa səbəbdən od düşür və yanan bağlamalar ətrafa səpələnir. Dəhşətli olan isə budur ki, traktor yanğına rəğmən yoluna davam edir və yarım kilometrə qədər məsafədə yer yanan ot bağlamaları ilə doludur. Yevlax-Bərdə yolunda bir neçə gün əvvəl çəkilmiş həmin görüntüləri təqdim edirik.

Belə görüntüləri ancaq filmlərdə görmək mümkündür deməyin. Bura Yevlax-Bərdə yoludur. Qoşqusundakı ot bağlamaları yanan traktor yoluna davam edir. Daha dəhşətlisi isə budur ki, od tutmuş bağlamalar yola tökülür. Təxminən yarım kilometrə qədər məsafədə yolun bir hissəsi sanki od tutub yanır. Təbii ki bu yolla heç bir avtomobil hərəkət edə bilməz. Bu səbəbdən qarşı yola çıxmaq məcburiyyətində qalan sürücülər qəza təhlükəsi ilə üz üzə qalır. Yola tökülən ot bağlamaları yanar vəziyyətdə olduğundan ətrafdakı ağaclar üçün də təhlükədir. Alov hər tərəfə yayıla bilər.

Bu görüntüləri həyəcansız izlməmək mükün deyil. Maraqlıdır ki, traktorun sürücüsü belə vəziyyətdə hərəkətə niyə davam edir? Bu məsuliyyətsizliyin hüquqi qəyməti nədir? Hüquqşünas Asif Abdullayev məsələylə bağlı bunları dedi.

BAKU.WS

Oxşar xəbərlər

“VAZ”-la traktor toqquşdu - Sürücülər dalaşdı - VİDEO

“VAZ”-la traktor toqquşdu - Sürücülər dalaşdı - VİDEO

Göygöldə minik maşını traktorla toqquşub. ARB Kəpəz xəbər verir ki, qəza həm sərnişinin yaralanmasına, həm də tərəflər arasında mübahisə yaranmasına səbəb olub...

2346 Hadisə 12:05 16 oktyabr 2016

Son xəbərlər