Azərbaycanda qeyri-bank qarət edildi
Azərbaycanda Qeyri-Bank Kredit Təşkilatında qarət hadisəsi baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhərində qeydə alınıb. Qeyri-Bank Kredit Təşkilatı olan "Viator Bank”da baş verən hadisənin necə baş verdiyi polis tərəfindən araşdırılır.
"Viator Bank”dan BAKU.WS-ə qarət hadisənin baş verdiyi təsdiqləyiblər. Ancaq təşkilat hadisənin təfərrüatları barədə hələlik bir açıqlama vermək niyyətində deyil.
"Hazırda bankda rəhbər şəxslərin iştirakı ilə toplantı keçirilir. Hadisə barədə məlumat verə bilmərik. Çünki polis qarət hadisəsinin isti izlərlə açılması üçün araşdırma aparır", - deyə "Viator Bank”dan bildirilib.
Qeyd edək ki, VİATOR MİKRO MALİYYƏ AZƏRBAYCAN MMC – Azərbaycanın müxtəlif regionlarında kiçik iş adamlarını maliyyə imkanları ilə təmin edən və bununla da yeni iş imkanları əldə etmək, əmlak sahibi olmaq və həyat standartlarını yüksəltməkdə onları dəstəkləyən Qeyri-Bank Kredit Təşkilatıdır.Təşkilat əsasən ənənəvi maliyyə müəssisələrindən kredit üçün yararlana bilməyən fərdi şəxsləri və fərdi şəxslərdən ibarət qrupları kiçik kreditlərlə təmin edir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bank soyan milyarder həbs olundu
Çində bank soyan milyarder həbs edilib. BAKU.WS-in məlumatına görə, soyğunçuluq hadisəsi 16 il əvvəl Çinin Xenan əyalətində baş verib. Şi soyadlı çinli əlbir...