Azərbaycanda “Ölmək istəyirəm” deyən şəxsi təsadüfən avtomobil vurub öldürdü

Azərbaycanda “Ölmək istəyirəm” deyən şəxsi təsadüfən avtomobil vurub öldürdü
Hadisə 1461

Bakı-Quba yolunda baş verən yol qəzası eşidənləri təəccübləndirib.

BAKU.WS avtosfer.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl hərbi şəhərciyin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. İlkin araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Cəlil adlı şəxs bir neçə aydır həmin ərazidə dilənçiliklə məşğul olurmuş. O, insanların inamından sui-istifadə edərək onlardan pul alırmış: "Daha bezmişəm, imkanım yoxdur, özümü öldürmək istəyirəm” deməklə pul yığan bu şəxs sonuncu dəfə hərbi şəhərciyin yaxınlığında görünüb.

Burada eyni sözləri bir neçə nəfərə deyərək pul alıb. Sonra isə yola çıxaraq oradan keçən avtomobillərin qarşısını kəsib və eyni üsulla sürücülərdən pul yığıb.

"Özümü öldürmək istəyirəm” sözünə inanan, onu bu fikirdən daşındırmaq istəyən insanlar isə ona imkanları dairəsində köməklik edirmiş. Cəlilə pul vermək üçün avtomobili yolun hərəkət hissəsinə yaxın yerdə saxlayan sürücü nəqliyyat vasitəsindən düşüb. Pul verərkən arxadan sürətlə hərəkət edən başqa bir nəqliyyat vasitəsi onun avtomobilini vurub. Dayanmış avtomobil də hərəkət edərək Cəlilin üzərindən keçib. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakı səhəri ölüm xəbəriylə açdı

Bakı səhəri ölüm xəbəriylə açdı

Bakıda piyada ölümü ilə nəticələnən qəza hadisəsi baş verib. Milli.Az xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektində - Bakı Olimpiya Kompleksinin qarşısı...

10567 Hadisə 09:00 04 fevral 2017

Son xəbərlər