Azərbaycanda inanılmaz hadisə - nəvələri ilə yemək yeyən kişinin evinə qumbara atdılar (VİDEO)

Azərbaycanda inanılmaz hadisə - nəvələri ilə yemək yeyən kişinin evinə qumbara atdılar (VİDEO)
Video
Hadisə 2813
Şamaxı şəhərinin mərkəzində qumbara partladılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Şamaxı şəhərinin Heydər Əliyev prospektindəki 13 saylı fərdi yaşayış evinin qarşısında baş verib.Naməlum şəxs əvvəlcə ev sahibi 1960-cı il təvəllüdlü Fərəcov Rafiq Soltan oğlunu küçəyə çağırıb. Darvazanın səsini eşidən Raqif Fərəcov evdən çıxarkən qəflətən küçədə partlayış baş verib. Əl qumbarasını darvazanın yanına atan şəxs avtomobilə minərək hadisə yerindən qaçıb.Hadisə zamanı xəsarət alan olmayıb. Partlayıcı qurğunun səs qumbarası olduğu və ona görə də ətrafdakı evlərə, obyektlərə ciddi ziyan vurmadığı, lakin partlayış zamanı güclü səs yarandığı üçün Şamaxı sakinlərinin vahiməyə düşdüyü bildirilir.Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gedib. Əl qumbarasını partladan şəxsin kimliyi və onun orada nə üçün partladılmasının səbəbi məlum deyil.Polis hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.BAKU.WS

Son xəbərlər