Azərbaycanda geyim mağazasında narkotik satan şəxs tutuldu - FOTO

Azərbaycanda geyim mağazasında narkotik satan şəxs tutuldu - FOTO
Hadisə 986
Kürdəmir rayonunda narkotik maddələrin alğı-satqısı ilə məşğul olan şəxs tutulub."Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri operativ və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini Elnur Fərhad oğlu Əlizadə bazarda işlətdiyi geyim mağazasında narkotik maddələri satarkən iş başında yaxalanıb.O, bu işlə artıq bir ildir məşğul olduğunu etiraf edib və onun işlətdiyi geyim mağazasındakı paltarların arasında gizlədilmiş 7 ədəd kağıza bükülmüş heroin, 1 ədəd kibrit qutusunda marixuana, eləcə də müxtəlif psixotrop tərkibli həblər aşkar edilərək götrülüb. Bundan başqa, E.Əlizadə polis şöbəsinə gətrildikdən sonra onun üzərinə baxış keçirilib və onun üstündən narkotik maddələrin satışından əldə edilmiş 500 manat aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Qeyd edək ki, E.Əlizadə əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb edilib.BAKU.WS

Oxşar xəbərlər

“Kubinka”da heroin satan “bibi”dən etiraflar – VİDEO

“Kubinka”da heroin satan “bibi”dən etiraflar – VİDEO

Bakıda polis narkotik əməliyyatı keçirib.BAKU.WS xəbər verir ki, nəticədə ''bibi'' ləqəbli narkotacir və onun dırnaqarası müştərisi saxlanılıb. Saxlanılarkən hə...

1652 Hadisə 10:14 30 avqust 2018

Son xəbərlər