Azərbaycanda filial direktoru iş otağında ölü tapıldı
23
apr
2017
11:20
"Azərsığorta" dövlət sığorta şirkətinin Tovuz rayon filialının direktoru Raya Bayramova iş otağında ölü tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü R.Bayramovanın meyiti aidiyyəti üzrə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Tovuz rayon şöbəsinə təhvil verilib.
Meyitin üzərində qan ləkələri olduğuna görə, R. Bayramovanın qətlə yetirilməsi ehtimal edilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ana və övladı doğuş zamanı dünyasını dəyişdi
Bakının Yasamal rayonunda doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb. "Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı Ak. Mirqasımov...